Mərhum Türkmənbaşının ailəsindən yeni xəbər var - Berlində bina və otel tikirlər

Onların Berlində aldığı ərazi paytaxın ən bahalı yerlərindən biri hesab edilir

Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) ailəsi Berlin şəhərində Checkpoint Charlie yaxınlığında otel və yaşayış kompleksləri tikməyi planlaşdırıb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Der Tagesspiegel" qəzeti yayıb.

Mənbə bildirir ki, Trockland Group şirkətinin səhmləri 2006-cı ildə dünyasını dəyişən türkmən liderinin qızı və nəvəsinə məxsusdur.

Türkmənbaşının kürəkəni Vladimir Sokolov bu şirkətə özəl şəxs kimi sərmayə qoyurmuş. Ancaq o, 2014-cü ildə Rusiyanın VTB Kapital bankının vitse-prezidentliyi vəsifəsindən ayrılaraq adı çəkilən şirkətinin tərəfdaşı olub. Hazırda Sokolov "Trockland Group"un vitse-prezidenti kimi şirkətin çoxmilyonlu sərməyaələrinə cavabdehdir.

Niyazovun dul arvadı Muza Niyazova isə kürəkəni tərəfindən ona hədiyyə edilən "Trockland XI Charlie GmbH" şirkətinin bəzi səhmlərinə məxsusdur.

Verilən məlumata görə, hazırda o, Moskvada yaşayır və Türkmənistana təsadüfi hallarda gedir.

Niyazovun qızı İrina anası tərəfindən hədiyyə edilən "Trockland VII Herzbergstraße" şirkətinin səhmlərinin sahibidir. O, bu şirkəti əri və qızı ilə birgə Londonda qeydiyyatdan keçirib.

İrina həmçinin, "Trockland Group"un tərkibində olan "Trockland VI Klosterstrasse 62" şirkətinin bir hissəsinə sahiblik edir.

Qəzet yazır ki, Türkmənbaşı ailəsinin Berlində aldığı ərazi paytaxın ən bahalı yerlərindən biri hesab edilir.

Babək Göyüş

© AzNews.az

image description