Dünyanın ən güclü dilləri açıqlandı - Siyahı

Dünyanın ən güclü dillərinin siyahısı açıqlanıb.

Kult.az xəbər verir ki, yeni reytinqi Dünya İqtisadiyyat Forumu hazırlayıb.

Ən güclü 10 dildən 6-sı Avropa dillərindən ibarət olub.

Reytinq cədvəlində ilk yeri ingilis dili tutub. İlk onluqda isə çin, fransız, ispan, ərəb, rus, alman, yapon, portuqal və hind dili yer alıb. Türk dili siyahıda 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, hazırda dünyada 6 min dil var. Bu dillərdən 2 mini 1000 nəfərdən az insan tərəfindən istifadə edilir. Dünyadakı insanların təxminən yarısı tərəfindən 15 dil istifadə olunur.

AzNews.az