ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Yəmənlə bağlı İsveçdə əldə olunmuş sülh sazişini yerinə yetirmək barədə razılığa gəliblər. ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Yəmənlə bağlı İsveçdə əldə olunmuş sülh sazişini yerinə yetirmək barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı ilə ABŞ Yəmən məsələsində razılığa gəldi

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Yəmənlə bağlı İsveçdə əldə olunmuş sülh sazişini yerinə yetirmək barədə razılığa gəliblər.

Bu barədə ABŞ-ın Ər Riyaddakı səfirliyi “Twitter”də məlumat yayıb.

“Pompeo və vəliəhd şahzadə İsveçdə imzalanmış sülh sazişinə riayət etmək, Yəməndəki gərginliyi azaltmaq üçün səyləri davam etdirmək, Yəmən böhranının əhatəli siyasi həllinin zərurəti barədə razılığa gəliblər”, - deyə qeyd edilən məlumatda dövlət katibinin Yəməndə BMT himayəçiliyi ilə siyasi prosesə dəstək verdikləri üçün Səudiyyə Ərəbistanına təşəkkür etdiyi də göstərilir.

Xatırladaq ki, Yaxın Şərq ölkələrində səfərdə olan M.Pompeo yanvarın 13-də Qətərdən Səudiyyə Ərəbistanına gələrək danışıqlar aparmış, bu gün isə ailə üzvünün vəfat etməsilə əlaqədar səfəri erkən başa vurduğu elan edilmişdi.(report.az)

© AzNews.az