Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər. Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər.

İŞİD-çilər Nigeriyada Rann şəhərini işğal etdilər

Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər.

Bu barədə "Reuters" xəbər verir.

Bildirilir ki, terrorçular ordunu şəhərdən çıxarıblar. İlkin məlumata görə, şəhər tamamilə terrorçuların əlinə keçib.

Hərbçilərdən biri anonimliyin saxlanılması şərti ilə bildirib ki, hökumət qüvvələri yaşayış məntəqəsini tərk edib.

Məlumata görə, hadisə milli seçkilərdən bir neçə həftə əvvəl baş verib. Hücum prezident Məhəmməd Buxarinin fevralda nəzərdə tutulmuş seçkilərdə yenidən seçilmək planına zərbə vurmaq niyyəti daşıyıb.(report.az)

© AzNews.az