Emmerson Mnanqaqva etirazçıları dialoqa çağırıb. Emmerson Mnanqaqva etirazçıları dialoqa çağırıb.

Zimbabve prezidenti etirazçıları dialoqa çağırdı

Emmerson Mnanqaqva etirazçıları dialoqa çağırıb.

Zimbabve Prezidenti Emmerson Mnanqaqva yanvarın 22-də siyasi partiyaların liderlərini və fəalları fikir ayrılıqlarını kənara qoyaraq dialoqa başlamağa çağırıb.

TASS informasiya agentliyi xəbər verir ki, prezidentin fikrincə, ölkədə kütləvi etirazlara səbəb olan yanacağın qiymətinin qaldırılması barədə qərar hökumətə çətin başa gəlsə də, doğru qərar olub.

Mnanqaqva hadisələr zamanı həm etirazçılar, həm də təhlükəsizlik orqanları tərəfindən yol verilən zorakılıq hallarını ölkəyə xəyanət adlandırıb və günahkarların cəzalandırılacağını bildirib.

Zimbabvedə hakimiyyət orqanlarının benzin və dizel yanacağının qiymətini iki dəfədən çox qaldırmaq barədə qərarı ölkədə narazılıq dalğası yaradıb. Etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə saxlanılıb. Həmçinin ölkədə “Facebook”, “Twitter” sosial şəbəkələrinin, həmçinin “WhatsApp” messencerinin fəaliyyəti dayandırılıb, bəzi müəssisələr və məktəblər bağlanıb.(AZƏRTAC)

© AzNews.az