Çin yuanı dollara qarşı 10%, Türkiyə lirəsi isə 33% itirib. Çin yuanı dollara qarşı 10%, Türkiyə lirəsi isə 33% itirib.

“iPhone XS” bu ölkələrdə daha ucuz satılacaq

Çin yuanı dollara qarşı 10%, Türkiyə lirəsi isə 33% itirib.

"Apple" milli valyutalarının dollara qarşı zəiflədiyi ölkələrdə "iPhone" smartfonlarının dəyərini azaltmağı planlaşdırır".

Bu barədə şirkətin rəhbəri Tim Kuk "Reuters"ə müsahibəsində bildirib.

Daha əvvəl şirkət yeni "iPhone XS" modelinə 2017-ci ildəki sələfi - "iPhone X" səviyyəsində (999 dollar) qiymət qoyub. Bu, ABŞ-da istehlakçılar üçün uyğun qiymət olsa da, amma milli valyutası əhəmiyyətli dərəcədə aşağı düşən ölkələrdə "iPhone" smartfonun son modelinin qiyməti əvvəlki modeldən daha baha olub və bu, onun cəlbediciliyini azaldıb. Nəticədə bir sıra ölkələrdə satışlar azalıb.

Belə ki, Çin yuanı dollara qarşı 10%, Türkiyə lirəsi isə 33% itirib. "Apple" həmçinin Rusiya, Braziliya və Hindistanda olan məhsullarının qiymətinə valyuta kurusunun təzyiq göstərdiyini açıqlayıb. Eyni zamanda şirkətin hansı ölkələrdə qiyməti hansı dərəcədə aşağı salacağı barədə məlumat verilmir.(report.az)

© AzNews.az