Ukraynada qrip epidemiya halını alıb. Ukraynada qrip epidemiya halını alıb.

Bir həftədə 200 minə yaxın ukraynalı qripə yoluxub

Ukraynada qrip epidemiya halını alıb.

Yanvarın üçüncü həftəsində Ukraynada 199 min insan qrip və kəskin respirator virus infeksiyasına tutulub.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qrip və kəskin respirator virus infeksiyasına tutulanların 58,5 faizi 17 yaşına qədər olan uşaqlardır. Bu da 12,5 faiz artım deməkdir.

Səhiyyə Nazirliyinın məlumatına görə, Ukraynada qrip epidemiya halını alıb.

Qrip epidemiyasına görə, Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə bəzi orta məktəblər bağlanıb.(AZƏRTAC)

© AzNews.az