YPG terror təşkilatı buna əngəl olub. YPG terror təşkilatı buna əngəl olub.

YPG Əsədin karvanını dayandırdı

YPG terror təşkilatı buna əngəl olub.

Bəşər Əsəd rejiminin və Suriya Qızıl Aypara Təşkilatının Fəratın şərqinə göndərdiyi humanitar yardım karvanı YPG terror təşkilatı tərəfindən dayandırılıb.

Rusiya Müdafiə Nazirliyinin Suriyadakı komandanı Sergey Solomatin bu faktı təsdiq edib.

General Solomatin bildirib ki, Əsəd rejimi Ərəb Qızı Aypara Dərnəyinin Fəratın şərqindəki Hacin məntəqəsinə humanitar yardım göndərilməsinin təşkilatçısı olub.

Ancaq YPG terror təşkilatı buna əngəl olub.

Rus general əlavə edib ki, humanitar karvanda su, qida, dərman və tibbi ləvazimatlar olub.

Ancaq humanitar konvoy El-Hüseyniyə məntəqəsində YPG tərəfindən dayandırılıb və konvoyun geri qayıtmasını tələb olunub.(teleqraf.com)

© AzNews.az