"Mən bu mükafata layiq deyiləm". "Mən bu mükafata layiq deyiləm".

“O siyasətçi Nobel sülh mükafatına layiqdir” - İmran Xan

"Mən bu mükafata layiq deyiləm".

Pakistanın Baş naziri İmran Xan rəhbərlik etdiyi hökumətin onun namizədliyini Nobel sülh mükafatına irəli sürməsi məsələsinə münasibət bildirib: “Hesab edirəm ki, mən bu mükafata layiq deyiləm. Məhz Kəşmir xalqının mənafeyinə uyğun olaraq bu problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiq olacaq”.

AZƏRTAC “Dawn” agentliyinə istinadla xəbər verir ki, İmran Xan özünün Twitter səhifəsində daha sonra yazıb: “Kəşmir problemi oradakı əhalinin iradəsinə uyğun həll olunmalıdır. Bu, regionda da sülhün və sabitliyin bərqərar olmasına kömək edəcək”.

Baş nazirin tərəfdaşları hesab edirlər ki, onun hindistanlı pilotu azad etməsi və dəfələrlə Dehliyə problemin sülh və danışıqlar yolu ilə həlli təklifi Nobel mükafatına layiqdir. Hökumətin Twitter səhifəsində imzatoplama kampaniyasında 300 mindən çox insan İmran Xanın namizədliyini dəstəkləyib. Onların Baş nazirdən razılıq tələb etdikləri bir şəraitdə İmran Xan təvazökarlıqla namizədliyinin irəli sürülməsindən imtina edib.(AZƏRTAC)

AzNews.az