Terrorçularla atışma zamanı üç hərbçi ölüb. Terrorçularla atışma zamanı üç hərbçi ölüb.

Misir ordusu xüsusi təhlükəli 46 terrorçunu məhv etdi

Terrorçularla atışma zamanı üç hərbçi ölüb.

Misir silahlı qüvvələrinin Sinay yarımadasının mərkəzi hissəsində və şimalında keçirdiyi əks-terror əməliyyatı nəticəsində xüsusi təhlükəli 46 terrorçu məhv edilib.

Bu barədə Misir silahli qüvvələrinin rəsmi açıqlamasında məlumat verilib. Bildirilir ki, Misir ordusunun son günlər ərzində apardığı əməliyyatlar nəticəsində axtarışda olan 100 kriminal element saxlanılıb. Qeyd olunur ki, terrorçu qrupların 15 sığınacağı məhv edilib, 204 partlayıcı qurğu zərərsizləşdirilib və terrorçuların istifadə etdikləri böyük sayda nəqliyyat vasitələri məhv edilib.

Həmçinin terrorçularla atışma zamanı üç hərbçinin öldüyü bildirilir.(AZƏRTAC)

AzNews.az