Məhdudiyyətlər bazar ertəsi günündən qüvvəyə minəcək. Məhdudiyyətlər bazar ertəsi günündən qüvvəyə minəcək.

KXDR-də otel problemi

Məhdudiyyətlər bazar ertəsi günündən qüvvəyə minəcək.

KXDR gələn həftədən başlayaraq ölkəyə gələn xarici turistlərin sayını gündə min nəfərə qədər azaldacaq.

Məhdudiyyətlər bazar ertəsi günündən qüvvəyə minəcək.

Qərara KXDR-ə gələn turistləri yerləşdirməyin mümkünsüzlüyü səbəb olub. Belə ki, Şimali Koreya lideri Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında Hanoyda keçirilən görüşdən sonra ölkəyə səfər etmək istəyənlərin sayı kəskin şəkildə artıb.

Turist axınının məhdudlaşdırılması müstəsna olaraq mehmanxana nömrələrinin çatışmazlığı ilə bağlıdır və ölkənin xarici aləmdən təcrid olunmasının əlaməti deyil. Agentliyin məlumatına görə, turist vizası ilə KXDR-ə gələnlərin təxminən 80 faizi Çin vətəndaşlarıdır.

Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda Koreya yarımadasının nüvəsizləşdirilməsi və Pxenyanla Vaşinqton arasında münasibətlərin normallaşdırılması probleminə həsr olunan KXDR-ABŞ sammiti keçirilib. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəlsələr də, sammitin nəticələrinə dair birgə sənəd imzalamayıblar.(AZƏRTAC)

AzNews.az