- Dünyanın halı
- 28 Mart 2019 16:32
- 1 111
Qadın bir ayda iki dəfə doğdu

“Onları xoşbəxt etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Banqladeşdə iki rəhmi olan qadın təxminən bir ay ara ilə bir oğlan və bir qız dünyaya gətirib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin ucqar yerində yaşayan 20 yaşlı Arifə Sultan fevralın sonuna doğru Khulna xəstəxanasında erkən doğumla bir oğlan dünyaya gətirib.
Doğumdan 26 gün sonra şiddətli qarın ağrısı şikayəti ilə Ed-din xəstəxanasına aparılan qadının ikinci bir rəhminin olduğu və əkiz uşaq daşıdığı ortaya çıxıb.
Bu dəfə o, qız doğub. Ananın martın 25-də evə buraxılacağı deyilir.
Həkim Şeila Poddar "Xəstə gələndə ultrasəs müayinəsi etdik və əkiz olduğunu öyrəndik. Təəccübləndik. Daha əvvəl belə halla rastlaşmamışdım” –deyə bildirib.
Sultan da uşaqlarının sağlam dünyaya gəlməsinin Allahın möcüzəsi olduğunu bildirib:
“Onları xoşbəxt etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Səidə Vahid
AzNews.az