Tailandda avtobus qatarla toqquşdu - 6 nəfər öldü

Hadisə səhər saatlarında baş verib

Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub.

Qəza nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Şlaqbauma məhəl qoymadan dəmir yolu xəttinə çıxan avtobusu qatarın sürücüsü görsə də, qatarı saxlamaq mümkün olmayıb. Toqquşma nəticəsində avtobus beton plitələrə çırpılıb.

Qəza vaxtı həmin ərazidə işıqlandırma olmadığı üçün avtobus sürücüsünün şlaqbaumu görməməsi ehtimal edilir.

Qəza nəticəsində sağ qalan sürücünun ifadəsinin alınacağı və bundan sonra qəzanın dəqiq başvermə səbəbi barədə açıqlama veriləcəyi bildirilir.(trend.az)

AzNews.az