Əfqanıstanda 11 talib məhv edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının 11 üzvünü məhv edib.

Trend-in məlumatına görə, əməliyyat ölkənin Fəryab vilayətində aparılıb.

"Taliban" silahlıları Hvaca Namosi yaşayış məntəqəsində təhlükəsizlik qüvvələrinin blokpostlarına hücum edib. Hücum 10:30-da başlanıb, təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb", - deyə mənbə bildirib.