Hələlik yanğını söndürmək mümkün olmayıb Hələlik yanğını söndürmək mümkün olmayıb

Meksikada zavodda yanğın baş verdi

Hələlik yanğını söndürmək mümkün olmayıb

Meksikanın Toluka şəhərində (Mexiko ştatı) tullantıların emalı zavodunda yanğın baş verib.

Yanğın yerli vaxtla şənbə günü 16:00-da başlayıb. Onun söndürülməsində 12 yanğınsöndürmə briqadası iştirak edir. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Xəsarət alan barədə məlumat yoxdur. Yanğının səbəbləri məlum deyil. (Trend)