"Mən növbəti siyasi fəaliyyətimdə ştatdankənar olmaq istəmirəm" "Mən növbəti siyasi fəaliyyətimdə ştatdankənar olmaq istəmirəm"

Baş nazir Poroşenkonun partiyasını tərk etdi

"Mən növbəti siyasi fəaliyyətimdə ştatdankənar olmaq istəmirəm"

Ukraynanın baş naziri Vladimir Qroysman “Petro Poroşenkonun bloku”nu tərk edib.

Bu barədə o, “ICTV” telekanalında yayımlanan “Söz azadlığı” proqramında bildirib.

Qroysman növbəti parlament seçkilərində öz siyasi qüvvəsi ilə iştirak edəcəyini açıqlayıb: “Mən növbəti siyasi fəaliyyətimdə ştatdankənar olmaq istəmirəm. Əksinə, daha aktiv olacam, ideyalarımı həyata keçirmək uğrunda mübarizə aparacam”.

Qeyd edək ki, Ukraynada erkən parlament seçkiləri cari ilin 27 oktyabrında keçiriləcək.

Xatırladaq ki, P. Poroşenko aprelin 21-də prezident seçkilərində 24,46 faiz səslə Vladimir Zelenskiyə məğlub olub.(qafqazinfo.az)

AzNews.az