İŞİD-in maliyyələşdirilməsinin qarşısı alınacaq İŞİD-in maliyyələşdirilməsinin qarşısı alınacaq

Pentaqondan İŞİD rəhbərinin videosuna reaksiya

İŞİD-in maliyyələşdirilməsinin qarşısı alınacaq

Pentaqon Əbu Bəkir əl-Bağdadinin videosuna reaksiya verib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Pentaqonun nümayəndəsi Sean Robertson ABŞ-ın İŞİD-in tam məğlubiyyətini təmin etmək üçün tərəfdaşları dəstəkləməyə davam etdiyini bildirib.

Robertson İŞİD-in maliyyələşdirilməsi və yeni üzvlər cəlb etməsinin qarşısının alınmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.

Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.

Pərvanə Ağazadə

AzNews.az