Zelenski Ukrayna Ali Radasını buraxdı

Ukrayna parlamentinə yeni seçkilərin vaxtı yaxın zamanlarda açıqlanacaq

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanın buraxıldığını elan edib.

Bu barədə prezidentin andiçmə mərasimindən sonrakı çıxışı zamanı elan olunub.

Ukrayna parlamentinə yeni seçkilərin vaxtı yaxın zamanlarda açıqlanacaq.

Qeyd edək ki, aprelin 21-də prezident seçkilərinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenski aniçmə mərasimi mayın 20-də keçirilib.(trend.az)

AzNews.az