Türkiyəni çətin sınaq gözləyir - ABŞ ona 2 həftə vaxt verdi

“S-400 təslimatı tamamlanarsa, Türkiyənin real və mənfi nəticələrlə qarşılaşacağının altını cızırıq”

ABŞ-ın Türkiyəyə Rusiya istehsalı olan S-400 hava müdafiə sistemlərini almaqdan vaz keçməsi üçün iki həftə vaxt verdiyi iddia edilir.

CNBC-nin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Türkiyə ilk həftənin sonunda Rusiya ilə milyardlarla dollarlıq razılaşmanı ləğv etməli və ABŞ-da Raytheon şirkəti tərəfindən istehsal edilən Patriot raket sistemini almalıdır. Əks təqdirdə Türkiyə Lockheed Martinin F-35 proqramından ixrac edilmə, vəd edilən 100 ədəd F-35-i itirmə, sanksiya tətbiq olunması təhlükəsi və NATO-nun reaksiyası ilə üz-üzə qalacaq.

Eyni mənbələr bunun ABŞ-ın Dövlət Katibliyinin son təklifi olduğunu iddia edib.

Dövlət Katibliyindən CNBC-ə açıqlama verən səlahiyyətli “S-400 təslimatı tamamlanarsa, Türkiyənin real və mənfi nəticələrlə qarşılaşacağının altını cızırıq” dedi.

Pərvanə Ağazadə

AzNews.az

image description