Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb

Sudanda növbəti dəfə dövlət çevrilişinə cəhd oldu

Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb

Sudanda növbəti hərbi çevriliş cəhdinin qarşısı alınıb.

Bu barədə RİA "Novosti" xəbər verir.

"Al-Arabia" telekanalının məlumatına görə, Sudanda keçid hərbi şuraya qarşı çevriliş cəhdinin qarşısı alınıb və 68 zabit saxlanılıb.

Xatırladaq ki, dörd aylıq xalq etirazları fonunda aprelin 11-də Sudanda hərbi çevriliş olub. Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, ardından həbsxanaya salınıb. Hakimiyyəti ordu tərəfindən yaradılan keçid hərbi şura əlinə alıb. Onlar iki il ərzində hakimiyyəti seçilmiş hökumətə ötürəcəklərini açıqlayıblar.(report.az)

AzNews.az