Keçmiş köməkçinin əmlakı müsadirə ediləcək Keçmiş köməkçinin əmlakı müsadirə ediləcək

Lukaşenkonun keçmiş köməkçisinə 12 il iş verildi

Keçmiş köməkçinin əmlakı müsadirə ediləcək

Belarus prezidenti Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko iri məbləğdə rüşvət almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

TASS xəbər verir ki, Belarus Ali Məhkəməsinin saytında iyulun 5-də bu barədə məlumat yayılıb.

Bildirilib ki, məhkəmənin qərarına əsasən, keçmiş köməkçinin əmlakı müsadirə ediləcək. Bu iş üzrə məhkəmə prosesi qapalı rejimdə keçirilib. Hökm qüvvəyə minib.

Məlumata görə, Aleksandr Lukaşenkonun keçmiş köməkçisi cari ilin mayında 200 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulub.(report.az)

AzNews.az