Keçmiş baş nazir koalisiyada Petr Poroşenkonun partiyasını görmək istəmir Keçmiş baş nazir koalisiyada Petr Poroşenkonun partiyasını görmək istəmir

Timoşenkodan Zelenskiyə birləşmək təklifi

Keçmiş baş nazir koalisiyada Petr Poroşenkonun partiyasını görmək istəmir

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti Vladimir Zelenskiyə bütün avropayönümlü partiyaları birləşdirmək təklifi edib.

Lenta.ru xəbər verir ki, Timoşenko “Xalqın xidmətçisi” partiyasının gələcək parlament seçkilərində hansı yer tutmasından asılı olmayaraq onunla koalisiya yaratmaq fikrindədir.

Keçmiş baş nazir bu koalisiyada yalnız Petr Poroşenkonun partiyasını görmək istəmir. Onun zənnincə “Avropa həmrəyliyi” partiyası yalnız şüarları ilə avropayönümlüdür, əslində isə fəaliyyəti korrupsiya ilə bağlıdır.(oxu.az)

AzNews.az