Türkmənistan prezidenti məzuniyyətdə belə dincəlib - VİDEO

Süjet Prezidentin nəvələri ilə birlikdə gəzişməsi, balaca pişiklərlə oynaması göstərilib

Türkmənistan dövlət KİV-nin məlumatına görə, bu il ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun məzuniyyəti yeni kitab, növbəti musiqi əsəri, həmçinin heyvanlarla ünsiyyətdən başlayıb.

AzNews.az xəbər verir ki, bu dəfə dövlət televiziyasının süjetində Prezidentin nəvələri ilə birlikdə gəzişməsi, balaca pişiklərlə oynaması göstərilib.

Bundan əvvəl Qurbanqulu Berdiməhəmmədov Alabay cinsli at və itlərin pərəstişkarı kimi tanınırdı. Dövlət televiziyası mütəmadi olaraq dövlət başçısının ayğır və onun balaları ilə oynadığı süjetləri göstərir. Prezident onlar haqqında kitablar yazır və mahnı həsr edir.

"Uşaqların ev heyvanlarına münasibətini müşahidə edərkən, onların məsuliyyət dərəcəsini, ətrafdakılara nə qədər qayğı göstərə biləcəyini müəyyən etmək olar", - deyə Türkmənistan Dövlət İnformasiya Agentliyi Prezident Berdiməhəmmədovun pişiklər və nəvələri ilə birlikdə nümayiş etdirdiyi oynadığını televiziya süjetinə əlavə edib.

Babək Göyüş

AzNews.az