Tanzaniyanın şərqindəki Moroqoro şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb Tanzaniyanın şərqindəki Moroqoro şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

Tanzaniyada yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb

Tanzaniyanın şərqindəki Moroqoro şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Bundan əvvə 89 nəfərin öldüyü deyilirdi. Tibb işçilərinin sözlərinə görə, daha 6 nəfər xəstəxanada keçinib. Bununla yanaşı, yaralıların əksəriyyəti evə buraxılıb.

Qeyd edək ki, yanacaq daşıyan yük maşınının aşması ilə nəticələnən qəza avqustun 10-da qeydə alınıb. Bundan sonra ətrafa benzin dağılıb və partlayış baş verib. Bildirilir ki, partlayışa səbəb hadisə yerinə toplaşanlardan birinin siqaret çəkməsi olub. Ətraf sakinlər və yanacaq toplamaq istəyənlər insidentin ilk qurbanlarına çevrilib. (APA)