Liderlər söhbət zamanı bir çox regional münaqişələrə toxunub Liderlər söhbət zamanı bir çox regional münaqişələrə toxunub

Putin Makronla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi - Peskov

Liderlər söhbət zamanı bir çox regional münaqişələrə toxunub

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

"Rossiyskaya gazeta"nın yaydığı məlumata görə, Kremlin sözcüsü Putin və Makronun danışıqlar zamanı bir çox regional münaqişələrə toxunduğunu söyləyib:

"Rusiya və Fransa prezidentlərinin danışıqları tutumlu, konkstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu "Normandiya formatı" sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaiqşələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub".

Peskov danışıqların ümumilikdə müsbət keçdiyini də vurğulayıb. (APA)