İsrail öz təyyarəsini vurdu

İsrail Silahlı Qüvvələri istintaq aparılacağı barədə açıqlama yayıb

İsrail ordusu Qolan təpələrinin səmasında uçan İsrail təyyarəsini vurub.

Tarlaya dərman səpələyən təyyarə Qolan təpələri üzərindən uçarkən raket hücumuna məruz qalıb.

Pilot Roş Pina Suriya tərəfindən atəş açıldığını zənn edərək Mahanaim aeroportuna doğru sürət alıb.

Faktla bağlı aparılan ilkin araşdırma zamanı məlum olub ki, israilli hərbçilər başqa bir ölkəyə məxsus təyyarənin hava məkanına icazəsiz girdiyini düşünüb dayanmadan zərbə endiriblər.

İsrail Silahlı Qüvvələri istintaq aparılacağı barədə açıqlama yayıb.(teleqraf.com)

AzNews.az