Konqoda qatar relslərdən çıxdı – 50 nəfər öldü

Qəza sentyabrın 12-ə keçən gecə baş verib

Konqo Demokratik Respublikasında qatarın relslərdən çıxması nəticəsində ən azı 50 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “Reuters” və “Daily Sabah Africa” humanitar məsələlər və təbii fəlakətlərlə mübarizə üzrə yerli Nazirliyin rəhbəri Stiv Mbikayiyə istinadən xəbər verir.

Bildirilir ki, qəza sentyabrın 12-ə keçən gecə ölkənin cənub-şərqində, Tanqanika əyalətində baş verib.

AzNews.az