Onu müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək Onu müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək

"Nissan"ın başçısı istefa verdi

Onu müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək

Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib.

Onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək.

Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır.

"Nissan"ın yeni müvəqqəti başçısının üzərinə avtomobil bazarında rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi ağır iş düşür. (Trend)