"Yenidən Şamda olmaq xoşdur" "Yenidən Şamda olmaq xoşdur"

BMT-nin Suriya üzrə xüsusi elçisi Dəməşqə getdi

"Yenidən Şamda olmaq xoşdur"

BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen Suriyanın xarici işlər naziri Valid Muallem ilə görüşmək üçün Dəməşqə gedib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində məlumat verib.

"Yenidən Şamda olmaq xoşdur. Son səfərimdə mən xarici işlər naziri Muallem ilə səmərəli görüşlər keçirdim. Hesab edirəm ki, o vaxtdan Konstitusiya Komitəsində ümumi paket üzrə bir qədər irəliləyiş əldə etmişəm. Mən bazar ertəsi xarici işlər naziri ilə görüşü səbirsizliklə gözləyirəm".

Pedersen və Muallem son dəfə iyul ayında Dəməşqdə Suriya Konstitusiya Komitəsinin tərkibini müzakirə etmək üçün görüşüblər.

Xatırladaq ki, sentyabrın 9-da Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov komitənin sentyabrın sonunadək yaradılacağını demişdi.

Sentyabrın 18-də isə BMT-nin Baş katibi Antonyo Quterreş komitənin tezliklə öz işinə başlayacağını bildirmişdi.

Pərvanə

AzNews.az