- Dünyanın halı
- 6 Noyabr 2019 00:00
- 2 482
Suriya ordusu neft yataqlarını nəzarətə götürdü

Ordu Rumeylan şəhərinin ətrafındakı yataqlara nəzarət edəcək
Suriyanın hökumət ordusu illər sonra ilk dəfə ölkənin şimal-şərqindəki neft yataqlarına nəzarəti ələ alıb.
“Sham FM” xəbər verir ki, ordu Rumeylan şəhərinin ətrafındakı yataqlara nəzarət edəcək. Daha əvvəl Pentaqon rəhbəri Mark Esmer açıqlamasında ABŞ-ın Suriyanın İŞİD-dən azad olunmuş ərazilərindəki neft yataqlarını qoruyacağını bildirmişdi.
Onun sözlərinə görə, amerikalı əsgərlər ora nə Rusiya, nə Suriya ordusunu buraxmaq niyyətindədir.(qafqazinfo.az)
AzNews.az