O, 2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb O, 2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb

77 yaşlı milyarder Maykl Blumberq prezident olmaq istəyir

O, 2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb

Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Alabamada keçirilən ilkin seçkidə ABŞ Demokrat Partiyasından namizəd kimi qeydə alınması üçün müraciət edərək sənədlərini təqdim edib.

“TASS” xəbər verir ki, bu barədə məlumat Demokratik Partiyanın Alabamadakı nümayəndəliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Alabamada ilkin seçki 2020-ci il 3 mart tarixinə təyin edilib.

Prezident seçkilərində rəqibi Donald Trumpın adını daşıyacaq Demokratik Partiyanın Milli Konqresinə 52 nümayəndə seçəcəklər.

2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb.

Milyarder ABŞ-ın ən varlı adamlarından biri hesab olunur. “Forbes” jurnalının son hesablamalarına görə, onum sərvəti 52 milyard dolları ötüb. (report)

AzNews.az