Sərgidə Azərbaycan milli təamları və çay süfrəsi təşkil olunub Sərgidə Azərbaycan milli təamları və çay süfrəsi təşkil olunub

Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi keçirilib - FOTO

Sərgidə Azərbaycan milli təamları və çay süfrəsi təşkil olunub

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Diasporla Iş Üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Diaspor Gəncləri platformasının təşkil etdiyi "Yunanıstanda Azərbaycan Günləri" layihəsi çərçivəsində "Odlar Yurdu-Azərbaycan" foto sərgisi "QALA" Yunanıstan-Azərbaycan Mədəniyyət Mərkəzində davam edib.

Bu məlumatı AzNews.az-a açıqlamasında jurnalist Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, sərginin açılış gününə Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin mədəniyyət işləri üzrə əlaqələndiricisi Xəqani Hacıyev, Azərbaycan Respublikasının Monteneqrodakı fəxri konsulu cənab Vüqar Əliyev, Türkiyənin baş konsolu Efe Ceylan başda olmaqla Türkiyə Cümhuriyyəti Baş konsulluğunun diplomatik heyəti, yerli QHT nümayəndələri, Thessaloniki City jurnalının baş redaktoru xanım Diana Ceyranova qatılıb.

Sərgidə Azərbaycan milli təamları və çay süfrəsi təşkil olunub.

AzNews.az

image description image description image description image description image description image description image description image description