ABŞ Əfqanıstandan ordusunun bir hissəsini çıxarmağa hazırlaşır

Ordunun bir hissəsi çıxarıldıqdan sonra Əfqanıstanda 9 minə yaxın amerikalı hərbçi qalacaq

ABŞ gələn həftə Əfqanıstandan 4 min hərbçisini çıxaracağını bəyan etməyə hazırlaşır. Bu,ölkədəki Amerika hərbi kontingentinin üçdən biridir.

RİA “Novosti”nin məlumatına əsasən, bu barədə “NBC News” mənbəyə istinadən xəbər verir.

Telekanal bildirir ki, ordunun bir hissəsi çıxarıldıqdan sonra Əfqanıstanda 9 minə yaxın amerikalı hərbçi qalacaq. Ordunun çıxarılması bir neçə ay davam edəcək. (oxu.az)

AzNews.az