Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır

Zəvvar avtobusu 500 metr hündürlükdən aşdı - 13 nəfər öldü

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır

Nepalın Sindhupalçok rayonunda avtobusun 500 metr yüksəklikdən düşməsi nəticəsində ən az 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə "Himalayan Times" qəzeti bildirib.

Məlumata əsasən, zəvvarları daşıyan avtobus sürücüsü idarəetməni itirib, nəticədə avtobus 500 metr yüksəklikdən aşıb. Hakimiyyət orqanları bildirib ki, qurbanların sayı arta bilər.

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır.

Zərərçəkənlər yaxınlıqdakı tibbi müəssisələrə çatdırılıb.(trend.az)

AzNews.az