"Xahiş edirik bölgədən uzaq durun” "Xahiş edirik bölgədən uzaq durun”

Avstraliyada yanğın səbəbi ilə hava limanı bağlanıb

"Xahiş edirik bölgədən uzaq durun”

Avstraliyada baş verən yanğınlara görə Kanberra hava limanı bağlanıb.

AzNews.az xəbər verir ki, bu barədə hava limanı rəsmi internet səhifəsində açıqlama yayıb.

Açıqlamada təyyarələrin aeroporta eniş və qalxış edə bilmədiyi deyilir.

“Mövcud hava şəraiti səbəbi ilə Kanberra hava limanı bağlanıb”, - deyə bildirilir.

Yol polisi “Twitter” səhifəsində əhaliyə xəbərdarlıq edib:

“Yanğın sürətlə yayılır və bölgədə bir çox yol bağlanıb. Xahiş edirik bölgədən uzaq durun”.

Pərvanə