7003 nəfər sağalaraq xəstəxananı tərk edib 7003 nəfər sağalaraq xəstəxananı tərk edib

Çində 121 nəfər koronavirusdan ölüb - Ötən sutka

7003 nəfər sağalaraq xəstəxananı tərk edib

Çində ötən sutka ərzində daha 5090 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 121 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 63 min 932, ölənlərin sayı isə 1381 nəfər çatıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 10 min 109 nəfərə düşüb. İndiyədək 7003 nəfər sağalaraq xəstəxananı tərk edib.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma faktı (4823 nəfər) elə virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb. Müsbət məqamlardan biri isə Xubey vilayətindən kənarda yoluxma hallarındakı dinamikanın ardıcıl olaraq 10 gün ərzində azalmasıdır.