Hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir Hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir

İdlibdə hərbi əməliyyatlar başladı

Hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

AzNews.az-ın məlumatına görə, əməliyyat Suriya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən birinin yaraqlılar tərəfindən vurulduğu Nairab kəndində (Fevralın 3-dən rejim qüvvələrinin əlinə keçib) aparılır. Türk hərbi texnikasının bir karvanı, o cümlədən bir neçə tank da bu kəndə cəlb edilib. Bundan əlavə, artilleriya zərbələri endirilib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir.

Qeyd olunur ki, Nairab yaxınlığındakı döyüş nəticəsində Suriya ordusunun 2 tankı və Rusiyaya aid 2 kəşfiyyatçı PUA vurulub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da AKP-nin partiya toplantısında çıxışı zamanı “Bütün hazırlıqlar görülüb. İdlibdə hər an hərbi əməliyyatlara başlaya bilərik”deyə bildirmişdi.