Xəlifə Haftarın onlarla silahlısı öldürülüb

Bir neçə silahlı əsir götürülüb

Liviyanın paytaxtı Tripolinin müdafiəçiləri Xəlifə Haftar ordusunun 25 silahlısını öldürüblər.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Vulkanın qəzəbi” əməliyyatı qərargahının mətbuat katibi Mustafa al-Medjei "Anadolu" agentliyinə bildirib.

O, deyib ki, Liviyanın Milli Razılıq Hökumətinin qüvvələri Xallatat rayonunun artilleriya atəşinə tutulmasına cavab olaraq Haftarın silahlılarına qarşı uğurlu əməliyyat keçirib.

Əməliyyat zamanı Haftarın bir neçə silahlısı əsir götürülüb.

Qeyd edək ki, BMT Liviyada müharibə aparan tərəflərdən Milli Razılıq Hökumətini qanuni olaraq tanıyıb.