Şərəf və ləyaqət məsələsi Şərəf və ləyaqət məsələsi

Koçaryan Paşinyanı məhkəməyə verib

Şərəf və ləyaqət məsələsi

Ermənistanın sabiq prezidenti Robert Koçaryan hazırkı baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, R.Koçaryan böhtan nəticəsində şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib.

İddia aprelin 3-də Yerevan məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, R.Koçaryan 2018-ci ilin sonlarında həbs olunmuşdu. O, 2008-ci ildə etiraz aksiyalarını dağıdılmasında ittiham olunub. (Trend)

AzNews.az