- Dünyanın halı
- 7 Aprel 2020 21:23
- 3 236
Pakistanda etiraz edən həkimlər saxlanıldı

Daha 4 nəfərin ölümü ilə Covid-19 qurbanlarının sayı 54-ə çatıb
Pakistanda son 24 saatda 577 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədəki xəstələrin sayı 3 min 918 nəfərə yüksəlib. Bu, martın 10-dan etibarən ən yüksək gündəlik artımdır. Daha 4 nəfərin ölümü ilə Covid-19 qurbanlarının sayı 54-ə çatıb. Ölənlərdən 3-ü həkimdir.
Bu səbəbdən Bəlucistan əyalətində həkimlər etiraz aksiyası keçiriblər. Onlar qoruyucu maskaların olmamasına etiraz ediblər. Etiraz edən həkimlərdən 67-si polis tərəfindən saxlanılıb.