Pasiyentin vəziyyəti sabit qiymətləndirilir Pasiyentin vəziyyəti sabit qiymətləndirilir

Bu ölkədə ilk yoluxma hadisəsi qeydə alınıb

Pasiyentin vəziyyəti sabit qiymətləndirilir

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı COVID-19-a qarşı mübarizə Komitəsi adlı qurum yayıb.

Yəmənin şərqində yerləşən Xadramaut əyalətində ilk yoluxma faktı təsdiqlənib. Pasiyentin vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, 2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni prezidenti Əbdürəba Hadinin təntənəli inaqurasiya mərasimi keçirilib.

2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayıb. İranın dəstəklədiyi Əbdül Malek əl-Husinin başçılıq etdiyi silahlılar rəsmi Sananın siyasətinə qarşı qiyam qaldırıblar. Husilər Livan "Hizbullah"ı tərəfindən də dəstəklənirlər.