Onlara qarşı müdafiə tədbirləri görülə bilər Onlara qarşı müdafiə tədbirləri görülə bilər

ABŞ İranı təhdid etdi

Onlara qarşı müdafiə tədbirləri görülə bilər

“Fars körfəzi, Ərəb dənizi və Oman körfəzində hərbi gəmilərimizə 100 metrdən çox yaxınlaşan gəmilərə güc tətbiq edəcəyik”.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoməkan Kəşfiyyatı Milli Agentliyi yayıb.

Məlumatda qeyd edilir ki, “Bir müddət əvvəlki hadisələrlə əlaqədar təhlükəsizliyin artırılması və qeyri-müəyyənliyin minimallaşdırılması üçün bütün gəmilərə məsləhət görülür ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə 100 metrlik təhlükəsizlik distansiyasını qorusunlar. 100 metrlik distansiyanı qorumayan hərbi gəmilər təhdid kimi qiymətləndirilə və onlara qarşı müdafiə tədbirləri görülə bilər”.

Ləman Hüseynzadə