4 nəfər ölüb 4 nəfər ölüb

322 erməni koronavirusa yoluxdu

4 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 5 928 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 322 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 74 nəfər koronavirusdan ölüb, 2 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az