Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib

Çində daha 39 nəfərdə koronavirus aşkarlandı

Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib

Çində ötən sutka ərzində 3 nəfərdə yeni növ koronavirusun aktiv forması və 36 simptomsuz yoluxma halı aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxma hallarının üçü ölkə daxilində qeydə alınıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 371 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 974 nəfərə çatıb. Ölkədə müalicə alan 78 261 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır, onlardan 8-nin vəziyyəti ağırdır.