Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü

Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur

Dünya üzrə koronavirusa yoluxanların sayı 5,502,610 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, 213 ölkədə yayılan koronavirus pandemiyası bu günə qədər 346 761 nəfərin həyatına son qoyub. 2,303,369 nəfər infeksiya ilə mübarizədən qalib çıxıb.

Yoluxma və ölüm hallarına görə ABŞ ilk sırada yer tutur. Burada 99 300 nəfər dünyasını dəyişib, 1,686,436 nəfər isə koronavirusa yoluxub.

ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (365 213 yoluxma, 22 746 ölüm), Rusiya (344,481 yoluxma, 3541 ölüm), İspaniya (282,852 yoluxma, 28 752 ölüm), Böyük Britaniya (259,559 yoluxma, 36 793 ölüm), İtaliya (229,858 yoluxma, 32 785 ölüm).