- Dünyanın halı
- 29 May 2020 10:23
- 3 641
Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatır
2 milyon 583 min 502 nəfər sağalıb
Dünyada koronavirus pandemisyasına yoluxanların sayı sürətlə artır.
AzNews.az xəbər verir ki, son statistikaya əsasən 213 ölkədə bu günə qədər ümumilikdə 5 milyon 910 min 145 nəfər COVID-19-a yoluxub.
362 min 114 insan epidemiyanın qurbanı olub. 2 milyon 583 min 502 nəfər isə sağalıb.
Virusa yoluxan ölkələrin siyahısında ilk yerdə yenə də ABŞ qərarlaşıb (1 milyon 768 min 461 yoluxma, 103 min 330 ölüm faktı).