Bu barədə meriyanın saytındakı sərəncamda deyilir Bu barədə meriyanın saytındakı sərəncamda deyilir

ABŞ-ın Minneapolis şəhərində komendant saatı elan edildi

Bu barədə meriyanın saytındakı sərəncamda deyilir

ABŞ-ın Minneapolis şəhərinin meri Ceykob Frey afroamerikalı Corc Floydun ölümünə görə şəhərdə baş verən toqquşmaların qarşısını almaq üçün şəhərdə komendant saatı elan edib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə meriyanın saytındakı sərəncamda deyilir.

Komendant saatı şənbə və bazar günləri yerli vaxtla gecə 20:00-dan səhər 06:00-dək davam edəcək.

Bu saatlarda şəhər əhalisinə küçələrə çıxmaq qadağandır. Qadağanı pozan şəxslər 1 000 ABŞ dolları cərimə olunacaq və ya 90 gün müddətinə həbs edilə bilərlər.

Xatırladaq ki, mayın 25-də internetdə yayılan videoda C. Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyur.

Videoda Floydun nəfəs ala bilmədiyini qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür.

Bu olaydan qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.