- Dünyanın halı
- 11 İyun 2020 13:15
- 3 577
Belarus parlamenti yeni Baş Nazirin namizədliyini təsdiq edib
Konstitusiyaya görə, yeni Baş Nazirin namizədliyini parlament təsdiq etməlidir
Belarus parlamentinin aşağı palatasının (Nümayəndələr palatası) deputatları Roman Qolovçenkonun Baş Nazir postuna namizədliyini təsdiqləyiblər.
Qərar Nümayəndələr palatasının bugünkü iclasında qəbul edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 2018-ci ildən Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı sərəncam imzalayıb. İyunun dördündə isə prezidentin müvafiq qərarı ilə Baş Nazir vəzifəsinə R. Qolovçenko təyin olunub. O, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edirdi. Konstitusiyaya görə, yeni Baş Nazirin namizədliyini parlament təsdiq etməlidir. (APA)
AzNews.az