Qırğızıstanda yeni hökumət quruldu

Səsvermə nəticəsində Kubatbek Boronov ölkənin 31-ci Baş Naziri seçilib

Qırğızıstanda parlamentin səsverməsi nəticəsində ölkənin yeni Baş Naziri 56 yaşlı Kubatbek Boronov seçilib.

AzNews.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin Baş Naziri Məhəmmədkalıy Abılqazıyev barəsindəki korrupsiya iddialarına görə vəzifəsindən istefa verdikdən sonra 120 yerlik parlament yeni Baş Nazirin seçilməsi və hökumətin qurulması üçün toplanıb. Səsvermə nəticəsində Kubatbek Boronov ölkənin 31-ci Baş Naziri seçilib.

Boronov parlamentdəki çıxışında iqtisadi sabitliyin qorunması, koronavirusa (COVID-19) qarşı mübarizə və parlament seçkilərinin təşkilinin hökumətin qabağında duran qabaqcıl məsələlər olduğunu bildirib. İclasda, həmçinin hökumət proqramı, quruluşu və Nazirlər Kabinetinin tərkibi də səsverməyə qoyulub.

Nazirlər Kabinetində boş qalan yerə Almazbek Baatırbekov, Rabitə və İnformasiya Texnologiyaları Dövlət Komitəsi sədri vəzifəsinə isə Altınbek İsmailov təyin olunub.