- Dünyanın halı
- 22 İyun 2020 18:56
- 2 366
ABŞ-da atışma, ölənlər və yaralananlar var
2 nəfər ölüb, 7 nəfər yaralanıb
ABŞ-ın Şimali Karolina ştatında avtomobil toqquşması və atışma nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Şarlott şəhərində polisə avtomobil qəzası haqda məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları 5 nəfərin yaralandığını görüb. Bu zaman yüzlərlə insanın toplaşdığı meydanda atışma başlayıb. Nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.
Şahidlərin sözlərinə görə, insanların kütləvi toplaşmasının səbəbi “Qulların azadlığı günün”nü qeyd etmələri olub.